F-ACN
F-ACN kokteylin formulu akne prosedurlar üçün xüsusi olaraq yaradılmışdır. Aknelərin yaranmasına bir neçə amil səbəb ola bilər: piy vəzilərin funksiyalarının pozulması, folikulyar kanalların daralması, tutulmuş məsamələr və s. Adi halda ifraz olunan sebum, belə halda dəridə qalaraq, orada bakteriyaların yaranmasına zəmin yaradır. Nəticə olaraq, bakteriyalar artaraq, qırmızı sızanaq əmələ gətirir. Sebumun funksiyası dərini və saçları qoruyub, yağlamaqdır. Sebum DHT-nı (dihidrotestosteron) aktivləşdirir, bu da ferment 5-reduktazanı formalaşdırır. Aknenin nəticələri: ləkələr, sızanaqlar, çapıqlar, piqmentasiya.
Qısa Məlumat
- Dərini təmizləyir, artıq sebumu aradan götürür, keratinositlərin laylanmasını tənzimləyir
- Akne-bakteriyalarının artmasının qabağını alır, 5-reduktazanı azaldır
- Qızartını azaldır
- Zülalın sintezini stimullaşdırması hesabına toxumanın bərpasını sürətləndirir
- Qıcıqlanmış dərini sakitləşdirir
- Retinol
- Vitamin С
- Vitamin B5
- Vitamin B2
- Vitamin B6
- Kanada kipreyi (dəri qızartısını azaldır)
- Tripeptid-1 – toxumanın təzələnməsini sürətləndirir
Həkim-kosmetoloqunuzdan soruşun.
- Kateqoriyası : Aknelərə qarşı
- Brend : Fusion Mesotherapy (İspaniya)
- İstehsalçı : Oxynergy Paris Group
- Preparatın növü : Məhlul
- Qablaşma : Flakon

