F-EYE-COUNTOUR
Bu kokteyl gözətrafı nahiyyədə (göz konturunda) qısa zaman ərzində yaxşı nəticə əldə etmək üçün effektiv bir preparatdır. Hər bir flakon konservantsız və yalnız təmiz inqridientləri özündə cəmləşdirir. Bu kokteyl aşağıdakı problemləri aradan qaldırmaq üçün istifadə olunur: gözaltı torbalar, gözaltı qara halqalar, qırışlar, quru və sallaq dəri. Metilsilanol mannuronat – hüceyrəarası matriksi möhkəmləndirərək, toxumaların elastikliyini artırır. Bu element hüceyrələrin davamlılıq qabiliyyətini və kollagen sintezini artırır, dərini azad radikallardan qoruyur. Asetilheksapeptid-5 dəridə mikrosirkulyasiyanı yaxşılaşdıraraq, qara kölgələri və şişkinliyi aradan götürür. Heksapeptid-10 epidermal əlaqələri möhləmləndirir, fibroplastların və keratinositlərin bölünməyini sürətləndirir. Komponentlərin unikal balansı gözətrafı nahiyyədə gözəl və təravətli dəriyə malik olmağa imkan yaradır.
Qısa Məlumat
- Gözətrafı nahiyyədə tünd rəngli halqaları azaldır
- Şişkinliyi və artıq yağları aradan götürür
- Gözətrafı qırışları azaldır
- Göz konturlarını yaxşılaşdırır
- Azad radikalları neytrallaşdırır
- Qan damar sistemini möhkəmləndirir
- Dərini nəmləndirir
- Butilenqlikol
- Askorbin turşusu
- Natriy xlorid
- Kafein
- Qliserin
- Asetil-tetrapeptid – 5
- Metilsilanol mannuronat
- Hialuron turşusu 0,5%
- Heksapeptid-10
- Kaprilil qlikol
- Sorbin turşusu
Həkim-kosmetoloqunuzdan soruşun.
- Kateqoriyası : Gözətrafı qırışlara qarşı
- Brend : Fusion Mesotherapy (İspaniya)
- İstehsalçı : Oxynergy Paris Group
- Preparatın növü : Məhlul
- Qablaşma : Flakon

