F-HA+
Hialuron turşusu quru dərini yaxşılaşdırmaq etmək üçün ən təsirli vasitədir. Hər bir flakon konservantsız, qatqısız və yalnız təmiz inqridientləri özündə cəmləşdirir. Hialuron turşusu təbii polişəkərdir. Onun aşağı molekulyar çəkili məhlulu dəri altına daha effektiv nüfuz edərək, müsbət nəticələr verir. Dehidratasiya və dəri elastikliyinin azalması onun qocalmağına dəlalət edir. Buda öz növbəsində qırışların əmələ gəlməsi və bəzi nahiyyələrin sallaqlığı ilə nəticələnir. Hialuron turşusunun istifadəsi dəri elastikliyini qoruyub saxlamağa imkan yaradır. Aşağı molekulyar çəkili bu məhlul hüceyrə arası əlaqəni gücləndirərək, kollagen sintezini stimullaşdırır. Beləliklə, dəri tədricən nəmlənərək, dartılır, hamarlaşır və cavanlaşır.
Qısa Məlumat
- Dərin və xırda qırışları hamarlaşdırır
- Kollagen sintezini stimullaşdırır
- Dərini möhkəmləndirir
- Dərini nəmləndirir
- Qıcıqlanmış və qızarmış dərini sakitləşdirir
- Hialuron turşusu 3,5 %
Həkim-kosmetoloqunuzdan soruşun.
- Kateqoriyası : Nəmləndirici
- Brend : Fusion Mesotherapy (İspaniya)
- İstehsalçı : Oxynergy Paris Group
- Preparatın növü : Məhlul
- Qablaşma : Flakon

